Güllə yarası alan konqresmen xəstəxanadan evə buraxıldı

  • By admin
  • 26 İyul 2017 21:41

gulla-konqresmen

ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skaliz xəstəxanadan evə buraxılıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə konqresmenin müalicə aldığı “MedStar” xəstəxanasının yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, altı həftəlik müalicədən sonra S.Skalizi reabilitasiya dövrü gözləyir.

İyunun 14-də Stiv Skaliz Virciniya ştatının Aleksandriya şəhərində öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər, o cümlədən iki polis əməkdaşı yaralanmışdı. Həkimlər ombasından yaralanan konqresmenin çoxlu qan itirdiyini, daxili orqanlarının zədələndiyini bildirirdilər.  Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.

Gununsesi.info