
Özbəkistan Respublikasının Baş Prokurorluğu Rusiya hökumətindən mərhum prezident İslam Kərimovun böyük qızı, qalmaqallı Gülnarə Kərimovaya məxsus əmlakın müsadirə edilməsi ilə bağlı rəsmi müraciət ünvanlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Belə ki, Gülnarə Kərimovaya məxsus hansı əmlakın müsadirə edilməsi barədə məlumatlar verilməyib.
Məlumatda bildirilir ki, hazırda Özbəkistan tərəfinin müraciəti dəyərləndirilir və yaxın günlərdə qərar qəbul ediləcək.
Xatırladaq ki, Özbəkistan Respublikasının Baş Prokurorluğu ötən ay Rusiya da daxil olmaqla 12 ölkədə Gülnarə Kərimovaya aid 1,5 milyard dollar dəyərində əmlakın olduğunu bildirib.
Anar
Gununsesi.info












