Gültəkin Hacıbəyli: "Makronun qələbəsi Avropa Birliyinin möhkəmlənməsi istiqamətində mühüm addımdır"

  • Müəllif: admin
  • 24 Aprel 2017 13:00

gultekin-5

“Axır ki, bir xoş xəbər aldıq. Fransada keçirilən prezident seçkilərinin birinci turunda Emmanuel Makron öndədir. Marin Lö Pen ondan geri qalır. Xatırladım ki, Lö Pen iki gün öncə, prezident seçiləcəyi halda Qarabağın Ermənistana birləşdirilməsinə çalışacağını demişdi”.

Gununsesi.info xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, mayın 7-si keçiriləcək ikinci turda Makronun Lö Penə qarşı qələbə şansı çox yüksək- 65\35 olaraq göstərilir.

 

 

French Economy minister Emmanuel Macron and his wife Brigitte Trogneux arrive at the Elysee Palace in Paris, France, to attend a dinner in honour of Spain's King Felipe VI and Queen Letizia, June 2, 2015. REUTERS/Philippe Wojazer - RTR4YJV3

marine-le-pen-france-flag-super-tease

“Makronun qələbəsi Avropa Birliyinin möhkəmlənməsi istiqamətində mühüm addımdır.

Bu qələbə Böyük Britaniyada iyunun 8-də keçiriləcək növbədənkənar seçkilərdə Leyboristlərin qələbəsinə, nəticədə, yeni referenduma və dumanlı Albionun AB-nə dönüşünə yol aça bilər”-deyə, o, sonra yazıb.

Gununsesi.info