Gültəkin Hacıbəylidən “qızılaxtaranlara” sərt sözlər

  • By admin
  • 10 İyul 2016 13:02

gul

 

“Oradan qızıl axtarmaq nə 70 ildə sovet hökumətinin, nə də 23 ildə ermənilərin ağlına gəlməyib. İndi görürsünüzmü nə qədər fərasətli oğlanlar idarə edir ölkəmizi?!”

 

Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin rayon ərazisində “qızılaxtarma” əməliyyatının ifşa olunması icra başçısının ictimaiyyətdə də ciddi qınağına səbəb olub.

Goranboy rayonunun sabiq deputatı Gültəkin Hacıbəyli də Nizaməddin Quliyevi qınayanlardan olub. Gununsesi.info sabiq deputatın olayla bağlı şərhini təqdim edir:

Aprel döyüşlərində analarımız aslan kimi oğullarını Vətən uğrunda qurban verib, şəhidlərimizin qanı bahasına Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi ilə Talış kəndi arasındakı torpaqlarımızı geri almışıq. Şəhidlərimizi ağlayan millətin gözünün yaşı hələ qurumamış Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyev, Nəqliyyat naziri və Goranboy rayonunun faktiki “xozeyini” Ziya Məmmədov və Ziya Məmmədovun prorabı, Goranboyun “smotriteli” Qulam Ələkbərov işğaldan azad olunmuş əraziyə ağır texnika salıb gecələr xəlvət qazıntı işləri aparıblar. Həmin ərazidə “Qızıl Kurqan” adlı çox qədim tarixi abidə yerləşir. Cənablar həmin tarixi abidəni yerlə-yeksan edib qızıl axtarirmışlar. Oradan qızıl axtarmaq nə 70 ildə sovet hökumətinin, nə də 23 ildə ermənilərin ağlına gəlməyib. İndi görürsünüzmü nə qədər fərasətli oğlanlar idarə edir ölkəmizi?! Bu millətin tarixi, mənəviyyatı, mədəniyyəti, əxlaqı da daxil təcavüz etmədikləri bir sahə buraxmadılar! Gözünüzü qara torpaq doyursun!