Günay İbrahimli: “Yeni mahnımla onları ayırdım”  – FOTO

  • By admin
  • 11 Aprel 2017 16:44

unnamed (2)

“Evdən də cadu tapmışam, maşınımdan da cadu tapmışam”.

Gununsesi.info xəbər verir ki,”ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan tanınmış müğənni Günay İbrahimli maraqlı açıqlamalar verib.

Bayram ərəfəsində tanınmışların əksəriyyəti plovun altından girib üstündən çıxdıqları halda, Günay İbrahimli “addım addım” mahnısını məcbur qalıb təyin etdiyi vaxtdan əvvəl fanatlarının ixtiyarına verməsindən bəhs edib:

“Bayram ərəfəsində yeni bir mahnı təqdim elədim. Əslində başqa bir mahnı olacaqdı. Sadəcə olaraq dostlarım bu mahnıya təkan verdilər. Düşündüm ki, artıq havalar qızır, mahnı lirikadır, depressiya yarada bilər. Ən yaxşısı ritmik bir musiqi çıxaraq. Elə mahnını canlı oxuyurdum, gördüm ki, dostlarım çəkirlər. Dedim ki, əgər siz çəkirsizsə, mən bu mahnını daha saxlaya bilmərəm. Beləliklə, təqdim etdim. Mahnı “addım-addım” adlanır”.

İfaçı bildirib ki, bu mahnısı çıxan gün sevgililəri ayırıb:

“Qızın biri yazıb ki, bu mahnı çıxan günü ona qulaq asıb sevgilimdən ayrıldım. Camaatı ayırmışam. İstəmərəm ki, ayrılıqlar olsun. Ancaq təəssüf ki, bu, bizim əlimizdə deyil”.

Günay İbrahimli stilini dəyişmək qərarına gəldiyindən bəhs edib:

“Düşünürəm ki, ifaçı daim dəyişilməlidir. Uzunsaç, bir ara saçımı boz rəngə boyadım. Yayda imicim necə olacaq, bunu artıq fikirləşmişəm. Məni başqa bir mahnı, başqa bir klip və imiclə görəcəksiz. İmicimi demirəm, sürpriz qalsın. Ancaq bilirəm ki, məndən sonra hamı mənim kimi edəcək. Saçlarını, geyimlərini, ümmiyyətlə xarici görkəmlərini”.

İnanclara təpədən dırnağa kimi inanan, bunu dəfələrlə yoxluyub artıq hər şeyə diqqət yetirən Günay falçıların qapısına üz tutduğunu da etiraf etdi:

“Qonşumuzda bir qadın var, həmişə qabağıma çıxanda mən evə qayıdıram. Çünki yoluma davam edəndə başıma mütləq nəsə gəlir. Göz, nəfs var. Əslində mən fala inanmıram. Düzdür xoşum əlir, maraqlıdır qəhvə falı. Qəhvə falıma baxıblar deyiblər ki, təyyarə görünür burda. Uçacaqsan. Harasa gedirsən? Deyirəm, yox. Elə olub ki, bir plan çıxıb, səfərə getmişəm, orda düşünmüşəm ki, bunu mənə demişdilər. Evdən də cadu tapmışam, maşınımdan da cadu tapmışam. Bunlar normal şeylərdir. Məni istəməyənlərə isə quzu kəsərəm. Məni hamının istəməsi normal olmaz ki. Heç sevməyin, mənə belə də xoşdur. Əsas odur ki, mən sevirəm. Həyat sevincə gözəldir. İnsan həyatı, ətrafını, dostlarını, sevgilisi sevməlidir”.

Müğənni sevdiyi insandan danışmağı da unutmayıb:

““Addım-addım” mahnısına ilk dəfə bir yerdə qulaq asmışdıq. Dedi yox, bunu oxuma. Burada yazır ki, addım-addım uzaqlaşıram, sənə yadlaşıram. Düşər-düşməzliyi olar. Elə oldu ki, mahnını oxudum və bu mahnını sevən insanlardan birincisi elə o oldu. Bəyəndi. Dedi ki, çox adam deyəcək ki, ayrılıblar. Dedim qoy desinlər, göz qaytarırıq”.

Anar
Gununsesi.info