Güney Azərbaycanda dəhşətli faciə: matəm elan olundu

  • By admin
  • 15 Aprel 2017 22:32

 guneydenyenifotolar2

 

Ötən gün gecədən baş verən daşqınlar nəticəsində çoxsaylı insan təlafatı səbəbindən İranın Azərbaycan ərazisində (Şərqi və Qərbi Azərbaycan, Zəncan, Ərdəbil və s.) matəm elan olunub.

Axar.az xəbər verir ki, bu barədə qərarı Şərqi Azərbaycan valisi və Təbrizin imamcüməsi elan edib.

Bu arada sosial şəbəkələrdə faciə qurbanlarının meyitini tapan sakinlərin narazılığını əks etdirən video-görüntülər də yerləşdirib. Videolarda rəsmiləri yerli sakinlərə ciddi dəstək vermədiyi, xilasetmə qruplarının aktiv işləmədiyindən şikayətlər edilir.

Qeyd edək ki, İranın Şərqi Azərbaycan vilayətində baş verən daşqınlarda rəsmi məlumata görə 35 nəfərin dünyasını dəyişdiyi bildirilir. İtkinlərin axtarışları isə davam edir.

Qeyri-rəsmi məlumatda isə itkilərin daha çox olduğu iddia edilir.

 

Gununsesi.info