Efiopiyada qarşıdurmalarda ən az 67 nəfər ölüb

  • By admin
  • 26 Oktyabr 2019 09:12

Efiopiyanın müxtəlif yerlərində son iki gün ərzində polislə etirazçılar arasında baş verən qarşıdurmalarda ən az 67 nəfər ölüb.

Gununsesi.org-un məlumatına görə, iğtişaşlara efiopiyalı siyasi fəal Cəvar Məhəmmədə hakimiyyət tərəfindən təzyiqlərin edilməsi barədə yayılan xəbərlər səbəb olub.

Oromiya əyalətinin polis komissarı Kefyalev Teferə “Reuters” agentliyinə açıqlamasında bildirib ki, ölənlərdən 62-si nümayişçi, beşi polis əməkdaşıdır.

Qeyd olunub ki, 13 nəfər güllə yarasından, digərləri atılan daşların yetirdiyi xəsarətlərdən ölüb. Bundan əvvəl “BBC” 27 nəfərin ölməsi barədə məlumat yaymışdı.

 

Gununsesi.org