Gürcüstan uzun illər ərzində Azərbaycan, Rusiya və Ermənistana olan borcunu avqustda tam ödəyib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyinə istinadən TASS yayıb.
Bildirilib ki, Gürcüstanın son dövrlərdə Azərbaycan və Ermənistana borcu təqribən eyni olub və 1 milyon dollardan az təşkil edib.
Gürcüstan bu ölkələrlə yanaşı, Türkiyə, Qazaxıstan və İrana olan borcunu da ödəyib.
Qeyd edək ki, cari ilin avqust ayının nəticələrinə əsasən, Gürcüstanın dövlət borcunun ümumi həcmi 9,09 milyard dollar təşkil edib. Ölkənin ən çox borcu Fransaya var ki, bu məbləğ də 850,9 milyon dollar təşkil edir.









