Gürcüstan azərbaycanlıları da Heydər Əliyevi unutmadı – VİDEO

  • By admin
  • 10 May 2023 22:28

Mərhum prezident Heydər Əliyevin 100 illiyi ölkə hüdudlarından kənarda da qeyd olunub.

Gununsesi Tv-nin xəbərinə görə, Gürcüstanın Qardabani rayonunda yaşayan azərbaycanlılar mərhum Prezidentin doğum günündə onun Rustavi şəhərində adını daşıyan parkda abidəsini ziyarət edib, gül düzüblər. Qardabani sakini Elman Xəlilov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açaraq bildirib ki, o, təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın başqa ölkələrində yaşayan bütün soydaşlarımızın sevgisini qazanan lider olub:

Daha sonra Qardabani rayonunda Heydər Əliyevin 100 illiyi münasibətilə at yarışı təşkil edilib. Bütün bu tədbirlərin təşkilatçısı olan Qardabani sakini Şakir Mustafayev bununla mərhum prezidentə öz ehtiramlarını ifadə etdiklərini deyib. O, bildirib ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi yeni nəsil üçün də tanıdılmaldır: “Biz Gürcüstan vəttəndaşıyıq. Ancaq  Heydər Əliyev ümumilli lider kimi, dünyadakı azərbaycanlıların hamının lideridir”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.info