“Gürcüstan NATO-ya üzv olmağa layiqdir”

  • By admin
  • 13 Mart 2018 20:56

Gürcüstanın NATO-ya daxil olması alyansın və ümumilikdə Avropanın sabitliyini möhkəmləndirə bilər.

Bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bəyan edib.

Dövlət başçısı Brüsselə səfəri zamanı “Azadlıq Radiosu”na müsahibəsində bildirib: “Biz alyansa daxil olmaq istəyirik, buna layiqik və bunun üçün hər şeyi edirik”.

G.Marqvelaşvili qeyd edib ki, Gürcüstandan asılı olan bir çox amillər, o cümlədən, ticarət əlaqələri, Qərblə Şərqi birləşdirən əsas ticarət marşrutları, Qara dəniz regionunun sabitliyi məsələsi var: “Bu Avropa və Avroatlantik amillərdir və Gürcüstanın daxil edilməsi çox vacibdir”.

Qeyd edək ki, Gürcüstan Prezidenti Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə də görüş keçirib.

Gununsesi.info