Gürcüstan parlamenti qarşısında aksiya keçirilir - VİDEO

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ikinci oxunuşdan keçməyib.

Gununsesi.info xəbər verir ki, layihənin lehinə 1, əleyhinə 35 deputat səs verib, 58 deputat bitərəf qalıb.

HTML tutorial

Hazırda parlamentin qarşısında etirazçılar toplaşıb, aksiya keçirilir.

Xatırladaq ki, martın 7-də “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Bundan sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla hökumət qüvvələri arasında toqquşma baş verib. Hakim “Gürcü arzusu” Partiyası martın qanun layihəsini geri götürdüyünü elan edib, lakin söz verib ki, bu məsələyə qayıdılacaq.

Gununsesi.info