Gürcüstan prezident administrasiyasının maliyyələşməsi 3,8 milyon lari azaldılacaq -Gürcüstanda büdcə islahatı

  • Müəllif: admin
  • 04 Dekabr 2018 23:30

Gələn ildən Gürcüstan prezident administrasiyasının maliyyələşməsi 3,8 milyon lari (1,4 milyon dollardan çox) azaldılacaq. Bundan başqa, prezident fondu tamamilə ləğv ediləcək.

“Gununsesi.org” xəbər verir ki, bu dəyişikliklər ölkənin 2019-cu il büdcə layihəsində yer alıb.

Əgər 2019-cu il büdcəsinin əvvəlki versiyasında prezident administrasiyasının maliyyələşməsinə 9,8 milyon lari (3,6 milyon dollardan çox) ayrılması nəzərdə tutulurdusa, yekun variantda bu məbləğ 6 milyon lariyə kimi azaldılıb.

Dövlət büdcəsi layihəsinə görə, prezident administrasiyası əməkdaşlarının sayının iki dəfədən çox azaldılması planlaşdırılır.

Xatırladaq ki, Gürcüstanda noyabrın 28-də keçirilən prezident seçkilərində hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili 59,52 faiz səslə qalib gəlib.