Gürcüstan prezidentindən Dağlıq Qarabağ açıqlaması: "FƏLAKƏT OLA BİLƏR"

  • By admin
  • 26 Sentyabr 2017 15:46

maqarasvili

“Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər”.

Gununsesi.info report-a istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə Ermənistan parlamentinin sədri Ara Babloyan ilə görüşdə deyib.

Dağlıq Qarabağ münaqişəsi məsələsinə münasibət bildirən Gürcüstanın dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinə görə narahat olduğunu bildirib: “Bir şey aydındır: bizim kimi kiçik xalqlar üçün belə münaqişələr fəlakətlə nəticələnir. Regionda sülh üçün dua edirik”.

Gununsesi.info