Gürcüstan Qara dənizdə neft axtarışlarına başlayır

  • By admin
  • 04 İyul 2017 22:09

axar.az1395210863xezer_denizi_001
Gürcüstan hökuməti Qara dəniz hövzəsində yeni neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı ilə əlaqədar beynəlxalq neft-qaz şirkətləri ilə danışıqlar aparır.

Report xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Energetika Nazirliyi nəzdində Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Qoqa Tatişvili söyləyib.

O deyib ki, hazırda Amerika və Avropadan olan şirkətlərin rəhbərləri, dilerlər ilə ilkin danışıqlar aparılır. Danışıqlar başa çatdıqdan sonra birgə lisenziyalı bloklar hazırlanacaq və tender elan olunacaq.

Bildirilib ki, bir neçə il bundan əvvəl Amerika şirkəti Qara dənizdə yeni neft yataqlarının öyrənilməsi və kəşfiyyat işləri aparıb. Lakin görüləcək işlər üçün tələb olunan maliyyə vəsaiti nəzərdə tutulduğundan çox olduğu və lisenziyanın vaxtı başa çatdığı üçün həmin şirkət Gürcüstan bazarını tərk edib.

Geoloqların fikrincə, ölkənin qərbində və şərqində iki neft mənəbələri Gürcüstana məxsusdur. Hazırda 1500-dən çox müxtəlif tutumlu neft yatağının tapıldığı bildirilir.

Qoqa Tatişvilinin sözlərinə görə, hər il Gürcüstanda 50 min ton neft hasil olunur. Lakin bu neft işlənmədən, xammal kimi xaricə satılır.

Gununsesi.info