Gürcüstan səfirini Ukraynaya geri göndərir

  • By admin
  • 10 Aprel 2021 23:02

Gürcüstan Xarici İşlər Nazirliyi 2020-ci ilin mayından geri çağırdığı səfir Teymuraz Şaraşenidzeni Ukraynaya göndərir.

Gununsesi.info  TASS-a isitnadən xəbər verir kİ, bu barədə Gürcüstanın XİN rəhbəri David Zalkaliani bildirib.

“İndi vaxt yoxdur və əvvəlki vəziyyət deyil. Ukrayna ətrafında vəziyyət dəyişir. Biz səfirimizin orada olmamasına özümüzə icazə verə bilmərik”, – deyə Zalkaliani qeyd edib.

Xatırladaq ki, Teymuraz Şaraşenidze keçmiş prezident Mixail Saakaşvilinin Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin olunmasından sonra geri çağırılmışdı.

Gununsesi.info