Gürcüstan turistlər üçün bu qadağanı götürdü

  • By admin
  • 15 İyun 2022 14:46

Gürcüstana daxil olan istənilən xarici ölkə vətəndaşı PCR test peyvənd haqqında arayış təqdim etmək öhdəliyindən azad edilib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin 23 may 2020-ci il tarixli 322 nömrəli “Təcrid və karantin qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, ölkəyə daxil olan şəxslər izolyasiya öhdəliyindən də azad edilir.

Sözügedən dəyişikliyə baş nazir İrakli Qaribaşvili dünən imza atıb, qərar isə bu gün, 15 iyundan etibarən qüvvəyə minib.

Gununsesi.info