Gürcüstan-Türkiyə sərhəddi bağlandı

  • Müəllif: admin
  • 27 Oktyabr 2016 17:50

gurcustan

Gürcüstan Türkiyə sərhədi bağlanıb.

Hadisə şahidlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, Türkiyə ilə Gürcüstanı birləşdirən “Sarp” sərhəd-keçid məntəqəsində texniki nasazlıq səbəbindən gediş-gəliş müvəqqəti olaraq dayandırılıb.

Bildirilir ki, buna səbəb Türkiyə tərəfinin kompüter sistemində yaranan nasazlıqdır. Sərhədin bağlanması ilə əlaqadar 100-lərlə avtomobil və xeyli sayda insan sərhəddə gözləmək məcburiyyətində qalıb.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Gununsesi.info