Gürcüstanda 5 məktəb şagirdlərini mümkün terrora görə təxliyə edib

  • By ilhame
  • 26 Mart 2024 19:09

Gürcüstanın qərbində yerləşən Kobuleti kəndində yerləşən 5 məktəbdə şagirdlər təxliyə olunub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

 

Məlumata görə, buna səbəb sosial şəbəkələrdə sözügedən məktəblərə hücum ediləcəyi ilə bağlı yayılan xəbərlərdir.

 

Bundan sonra məktəblərdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər təxliyə olunub.

 

Qeyd edək ki, bu gün paytaxt Tbilisidəki 32 saylı məktəbdə isə gözyaşardıcı qazla bağlı təhlükə yaşanıb. Bir şagird məktəbdə gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin vəziyyəti pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.

 

Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.

Gununsesi.info