Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin seçki məntəqəsinə polis cəlb olunub

  • By admin
  • 21 Oktyabr 2017 22:52

229903764
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində yerləşən 13 saylı seçki məntəqəsinə polis cəlb olunub.

APA-nın  məlumatına əsasən, seçki məntəqəsində hakim “Gürcü Arzusu” və müxalif “Avropalı Gürcüstan” partiyasının nümayəndələri arasında qarşıdurma yaşanıb. Gərginliyə səbəb mobil seçki qutularının seçki məntəqəsinə gec çatdırılması ilə bağlı olub.

Məntəqədə olan “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmamquliyev və hakim “Gürcü Arzusu” Partiyasının deputatı Tamaz Naveriani arasında insident olub. T.Naveriani Ə.İmamquliyevi təxribatçı adlandıraraq, onu süni gərginlik yaratmaqda ittiham edib.

 

Gununsesi.info