Gürcüstanda da zəlzələ oldu

  • By admin
  • 11 İyul 2021 19:18

İyulun 11-də Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayonunun Sameba kəndi yaxınlığında növbəti dəfə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:42-də Dmanisidən 26 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında 3,8 (ML) bal gücündə olub.

Qeyd edək ki, son günlər Dmanisidə çox sayda zəlzələ baş verib. Amma bugünkü yeraltı təkanlar ən güclüsü olub.

Məlumata görə, bu son həftə ərzində qeydə alınan 8-ci, iyunun 25-dən bu günədək isə 11-ci zəlzələdir.

Zəlzələ nəticəsində dağıntı və tələfat olmasa da əhali arasında narahatlıq yaşanır. Bəzi insanlar yeraltı təkanların gücünün artmasından narahatdırlar.

Gununsesi.info