Gununsesi.info Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü qadın özünü Baş prokurorluğun əməkdaşı kimi təqdim edərək İran vətəndaşından cinayət əməlinə görə cərimə olaraq 500 lari (204 dollar) məbləğində pul alıb.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.













