Qonşu Gürcüstanda koronavirusa yoluxanların sayı 24-ə çatdı

  • By admin
  • 11 Mart 2020 20:54

Gürcüstanda koronavirusa daha bir yoluxma halı təsdiqlənib. 

Gununsesiaz.info “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Yeni yoluxma halı İtaliyadan qayıdan Gürcüstan vətəndaşında aşkar olunub.

Bununla da ölkədə koronavirus daşıyıcılarının sayı 24-ə çatıb.

Qonşu ölkədə karantində 298, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

 

 

Gununsesiaz.info