Gürcüstanda nazirlərin sayı azaldılacaq, büdcəyə 102 milyon dollar qənaət ediləcək

  • Müəllif: admin
  • 05 İyul 2018 11:37

 

“Gürcüstanda “kiçik hökumət” konsepsiyasının reallaşması nəticəsində dövlət büdcəsinə iki il ərzində 250 milyon lari  qənaət ediləcək”.

Gununsesi.info report-a istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Levan Qoqiçaişvili bildirib.

Hazırda Gürcüstanın Nazirlər Kabineti 13 nazirlik və bir dövlət nazirindən ibarətdir. “Kiçik hökumət” konsepsiyasına əsasən, hökumət üzvlərinin sayı 10-na endiriləcək.

 “Qənaət edilən maliyyə vəsaiti daha çox ehtiyacı olan insanlara və sosial qruplara paylanacaq. Belə qruplardan biri azyaşlı uşaqları olan ailələrdir”, – L.Qoqiçaişvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti hökumət strukturlarında dəyişiklər haqqında qanun layihəsini ilk oxunuşda təsdiqləyib. “Kiçik hökumət” konsepsiyası cari ilin oktyabrınadək başa çatacaq. Həmin vaxtda 2019-cu il üçün dövlət büdcəsi formalaşdırılacaq.