Gürcüstanda prezident parlamentdə hesabat verəcək

  • By admin
  • 02 Mart 2020 17:32

Gürcüstan prezidenti Salome Zurabişvili martın 4-də ölkə parlamentində illik hesabatla çıxış edəcək.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Birinci kanalı məlumat yayıb.

Qeyd edək ki, S.Zurabişvili prezident qismində ikinci illik hesabatını verəcək. Dövlət rəhbəri bu vəzifədə ilk hesabatını ötən ilin martın 6-da təqdim edib.

Gununsesi.org