Gürcüstanda prezidentin ordu bəyanatı xalq narazılığına səbəb oldu

  • By admin
  • 11 Dekabr 2019 13:21

Prezident Salome Zurabişvilinin Gürcüstan ordusu ilə bağlı bəyanatı narazılığa səbəb olub.

 

Gununsesi.org “Report”-a istinadən məlumat verir ki, dövlət başçısı ötən gün Gürcüstanın nə ordusunun, nə də silahının olduğunu bildirib.

S.Zurabişvili deyib ki, ölkənin böyük iqtisadi potensialı yoxdur: “Lakin bizim bilik, elm və mədəniyyət adlanan çox güclü silahımız var”.

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili dövlət başçısının fikirlərini tamamilə qəbuledilməz adlandırıb: “Gürcüstanın güclü ordusu və qəhrəman əsgərləri var. Müdafiə naziri kimi bildirmək istəyirəm ki, bizim hərbçilər ölkənin qürurlu vətəndaşlarıdırlar və mən Gürcüstan ordusunun güclənməsi üçün hər şeyi edəcəyəm”.

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili isə vurğulayıb ki, ordu ilə bağlı açıqlamalar verərkən xüsusilə ehtiyatlı olmaq lazımdır: “Bizim ordumuz bizim qürurumuzdur. Buna görə də hamını layiqli əsgərlər haqqında danışarkən daha ehtiyatlı olmağa çağırıram. Çünki bu məsələ milli hisslər və duyğularla əlaqəlidir”.

Gununsesi.org