Gürcüstandan Saakaşviliyə dəstək - NÜMAYİŞ KEÇİRİLƏCƏK

  • By admin
  • 05 Dekabr 2017 17:36

Gürcüstanın “Vahid milli hərəkat” müxalifət partiyası ölkənin sabiq prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq çərşənbə günü irimiqyaslı nümayiş keçirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti”i məlumat yayıb.

“Partiya fövqəladə iş rejiminə keçir və Gürcüstan uğrunda qəti mübarizəyə başlayır. Bütün vətəndaşları Mixeil Saakaşviliyə dəstək olaraq irimiqyaslı nümayişdə iştirak etməyə səsləyirik”, –  deyə partiyanın lideri Nika Meliya jurnalistlərə bildirib.

Gununsesi.info