Gürcüstanın keçmiş prezidenti fəal siyasətə qayıtdı

  • By admin
  • 17 Fevral 2020 15:22

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili (2013-2018) fəal siyasətə qayıtdığını bəyan edib.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında bildirib.

“Gürcü Arzusu” avtoritarlığı seçməklə qırmızı xətti keçdi. Nə demokratiya, nə milli birlik, nə də Qərb yolu var. Fəal siyasətə qayıdıram. Dostlarım və gürcü xalqı ilə birgə Qərb seçimimizlə bağlı missiyamıza xidmət edəcəyəm”, – G.Marqvelaşvili yazıb.

Gununsesi.org