![](https://www.gununsesi.info/wp-content/uploads/2016/11/rusiya-bayraqi-250x166.jpg)
İtkin düşən rus desantçılarının meyiti tapılıb.
Gununsesi.info “rian.ru”ya istinadən xəbər verir ki, desantçılar Şimali Qafqazda Krasnodar diyarında hərbi təlimlər zamanı itkin düşüb.
Rusiya Müdafiə Naziriliyinin Cənub Hərbi Dairəsinin verdiyi məlumata görə, Hərbi-Hava Desant qoşunlarının Novorossiysk birləşməsinin üç hərbçisi təlimlər zamanı hərbi tapşırğı yerinə düzgün edə bilmədiklərindən Kuban çayına düşüblər.
Yəni, hərbçilər hava buludlu və qatı duman olduğundan paraşütü suya düşən zaman vaxtında aça bilməyiblər və nəticədə çaya düşüblər.
İtən hərbçilərin tapılması istiqamətində axtarış əməliyyatı həyata keçirilib.
Hazırda hadisə ilə bağlı komissiya yaradılıb və araşdırma aparılır.
Gununsesi.info