“Həbib, məndən qorxur” - Makqreqor

  • By admin
  • 07 Yanvar 2020 12:49

İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor Həbib Nurməhəmmədovla bağlı danışıb.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, Konor, Nurməhəmmədovun ondan qorxduğunu bildirib:

“O, məndən qorxur, titrəyir. Həbib revanş döyüşü istəmir, buna əhəmiyyət vermir. Hər kəs revanş istəyir, amma o yox. Həbib qorxur, məsələ sadəcə budur. Amma nə olursa olsun, o, döyüşdən qaça bilməz”.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Konorla Həbib arasında keçirilən döyüşü dağıstanlı idmançı qazanıb.

Gununsesi.org