Həbs olunan şahzadənin yarım milyard dollarlıq təyyarəsi - FOTOLAR

  • By admin
  • 06 Noyabr 2017 16:12

Səudiyyə Ərəbistanında həbs olunan dünyanın ən varlı insanlarından biri hesab edilən şahzadə əl-Valid ibn Talal ibn Amedel Aziz əl-Səud haqqında bilib və bilmədiklərimiz.

Gununsesi.info xəbər verir ki, əl-Valid kimi tanınan şahzadə hazırkı kralın qardaşı oğludur.

Onun varidatı 2007-ci ildə “Forbes”in məlumatına görə, 21,5 milyard dollar olub. O dünyanın ən varlı adamları siyahısında 22-ci yerdə qərarlaşıb.

«Time» jurnalı şahzadə əl-Validə ərəb dünyasının Uorren Baffettisi adını verib.

Şahzadə özünə “Airbus A380 Super Jumbo” şəxsi təyyarəsini sifariş edib. Təyyarənin qiyməti 488 milyon dollar dəyərində olub. Təyyarədə mərmərdən ayrıca türk hamamı, saunası, idman zalı, voleybol meydançası, konfrans zalı, 10 nəfərlik konsert zalı, “Rols-roys” üçün qaraj var. Bundan əlavə, təyyarədə bir neçə otaq mövcuddur. Hər bir otaqda elektron dua xalçası və saatı var. Bu otaqların üçü Məkkəyə yönəlib.

Təyyarəni dəyərli edən faktlardan biri isə onun bir detallarının qızıldan hazırlanmasıdır. O təyyarənin üst qatının tamamilə qızıldan hazırlanmasını sifariş etsə də, onu bu fikrindən yayındırıblar. Belə ki, təhlükəsizlik baxımından məqsədəuyğun hesab edilməyib. Əgər təyyarənin üst qatı qılızdan örtülərsə hamı onun kimə məxsus olduğunu aydın hiss edəcək.

Təyyarədə bir möhtəşəm otaq var ki, bu otağın döşəməsində nəhəng ekran yerləşdirilib. Bu ekran vasitəsi ilə yerı aydın görmək olur.

Gununsesi.info