Həbsdəki general ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

  • By admin
  • 08 Fevral 2019 15:48

Hazırda həbsdə olan keçmiş deputatı, general Manvel Qriqoryan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun vəziyyəti səhər saatlarında kəskin pisləşib və onu həbsxanadan “Nairi” tibb mərkəzinə aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilsə də, rəsmi açıqlama verilməyib.

Qriqoryan Qarabağda azərbaycanlılara qarşı qəddarlığı ilə tanınıb.