Həbsdəki MTN zabitlərinin “Sentral” arzusu… -RÜŞVƏT DƏ KEÇMƏDİ

  • By admin
  • 14 İyun 2016 17:02

 

mtn1 vidadi-zeynalov aki1

Cinayət Məcəlləsinin bir sıra ağır maddələri ilə cinayət törətməkdə ittiham olunan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə getmək  üçün cəhdlər edirlər. Bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətdəki mənbə məlumat verib. Məlumatda bildirilir ki, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan MTN zabitləri və Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşları məhbuslar arasında “Sentral” adlandırılan Müalicə Müəssisəsinə getmək üçün hətta külli miqdarda rüşvət də təklif ediblər. Ancaq qeyri-rəsmi qadağaya görə, onların qarşısında “stop” qoyulduğundan bu arzunu gerçəkləşdirə bilmirlər. Mənbəmiz onu da bildirib ki, bu qadağanın nə zaman aradan qalxacağı da bəlli deyil.

Onu da xatırladaq ki, həbs edilənlərdən Akif Çovdarov hazırda 1 saylı Bakı İstintaq Təcridxananın tibb məntəqəsinə yerləşdirilib.

Rəvan