Həbsxanada 68 məhbus həyatını itirdi -YENİLƏNİR+VİDEO

  • Müəllif: admin
  • 29 Mart 2018 18:26

Venesuellanın  Karabobo ştatının Valensiya şəhərində həbsxanada  məhbuslar qiyam qaldıraraq , polisləri girov götürüb, həbsxanadan qaçmaq üçün  yanğın törədiblər.

 Gununsesi.info “El Universal”-a istinadən xəbər verir ki, Venesuellanın baş prokuroru  Tarek Vilyam Saabın sözlərinə görə, qiyam nəticəsində 66 kişi və 2 qadın ölüb. Verilən xəbərə görə, qiyam qaldıran məhbuslar  polisləri girov götürüb silah əldə etdikdən sonra  döşəkləri yandırıblar. Bu yolla məhbuslar həbsxanadan qaçmaq  istəyiblər. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə,  bir qismi diri-diri yansada, müəyyən hissəsi  tüstüdən zəhrələnərək boğulma nəticəsində ölüb.

Gununsesi.info