Hədə-qorxu ilə insanların pulunu mənimsəyən şəxs saxlanılıb –  Cəlilabadda

  • By admin
  • 15 May 2017 23:35

hebs_0451

 

Cəlilabadda axtarışda olan rayon sakini saxlanılıb.

“Report” xəbər verir ki, saxlanılan Əhmədli Xəqani adlı şəxs həmyerlisi Zamiq Rzayevlə əlbir olaraq Cəlilabad rayon sakini Həsənov Xəyala hədə – qorxu gəlməklə onun 3 min 500 manat pulunu mənimsəyib.

Həmçinin, qrup üzvləri bu cinayət əməlini Yardımlı rayon sakininə qarşı da tətbiq ediblər. Həmin şəxsdən zorakılıq yolu ilə 5 min 300 manat pul əldə edilib.

Əvvələr məhkum olunmuş 1977-ci il təvəllüdlü Əhmədli Xəqani Cinayət Məcələsinin 8 maddəsi üzrə axtarışda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Gununsesi.info