Həddən artıq sekslə məşğul olmaq xəstəlik imiş - ARAŞDIRMA

  • By admin
  • 04 Mart 2018 23:40

Seksə aludəlik mövzusu ətrafında hər zaman çox müzakirələr aparılsa da, heç vaxt ortaq bir nəticəyə gəlinməyib. Hətta seksə bağlılığın nədən qaynaqlandığı da tam olaraq məlum deyil.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın “The Daily Beast” xəbər agentliyi ölkənin ən öndəgedən seksoloqları arasında bu mövzuda sorğu keçirib. Alınan cavablar isə müxtəlif olub.

Psixatriya elmində bu, xəstəlik olaraq qəbul olunmur. 2010-cu ildə ABŞ Psixatriya Birliyinin iclasında zehni xəstəliklər siyahısına “seks bağlılığı” termininin əlavə olunması təklif olunsa da, qəbul edilməyib. 2012-ci ildə, həmçinin, sözügedən siyahıya “hiperseksual bağlılıq” ifadəsinin salınması barədə müzakirələr getsə də, yenə heç bir nəticə əldə olunmayıb.

Bununla belə bu vəziyyətin aradan qaldırılacağı ehtimal olunur. Çünki Dünya Səhiyyə Təşkilatı bu kimi halları beynəlxalq xəstəliklər siyahısına əlavə etməyi planlaşdırır. Belə olduğu halda, insanlarda anormal dərəcədə baş qaldıran cinsi istək müalicə olunacaq.

“Seks bağlılığı əfsanəsi” əsərinin müəllifi David Ley isə bunun tam əksini düşünür. Psixoloqun fikrincə, beynəlxalq xəstəliklər siyahısına seks aludəliyinin də əlavə olunması fikirləri çox qarışdıra və xaosa səbəb ola bilər. David Ley bildirib ki, bu adi şeydir və mövzunu uzatmaq mənasızdır.

Ley və onun kimi fikirləşən bəzi mütəxəssislər bunu seksin narkotik qədər insan sağlamlığına təhlükəli olmadığı ilə izah ediblər.

Gununsesi.info