“Hədiyyə” filminin nümayişi olacaq

  • By admin
  • 28 Avqust 2016 15:03

film

 

30 avqust tarixində saat 19:00-da Yarat Müasir İncəsənət Mərkəzində Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

Qeyd edək ki, “Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, bədii rəhbəri Eldar Quliyev, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı və digərləri canlandırırlar.

 

Gununsesi.info