Həftənin ilk “Açıq mikrofon” aksiyası Gədəbəy rayonunda keçirildi - FOTOLAR

  • By admin
  • 19 İyun 2023 19:08

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Gədəbəy rayonunun sakinləri üçün təşkil olunub.

Aksiyaya qatılan 12 sakindən 3-ü Pərizamanlı, Ərtəpə və Soyuqbulaq kəndinin qazlaşdırılmasını istəyib. Qalan digər 9 müraciətə gəlincə isə bunlar fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və Qoşabulaq kəndinin genişlənmiş ərazisinin qazlaşdırılmasından ibarət olub.

Şəmkir RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətlərlə bağlı ətraflı məlumat verdikdən sonra problem və təkliflərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildiriblər.

Gununsesi.info