Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Daşkəsən rayonunda keçirildi - FOTOLAR

  • By admin
  • 24 İyun 2023 18:34

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Daşkəsən rayonunda təşkil olunub. Aksiyada ünvanlanan 13 müraciətdən 1-i Əmirvar kəndinin qazlaşdırılmasından ibarət olub.

Mikrofon önünə çıxan digər 12 abonentin istəyi isə qaz sayğacının yerinin dəyişdirilməsi, yataqxananın qazlaşdırılması və bəzi hallarda qazın təzyiqinin az olması kimi məsələləri əhatə edib.

Şəmkir RQİİ-nin rəhbər şəxsləri ünvanlanan hər bir müraciətlə bağlı aksiya iştirakçılarına ətraflı məlumat verərək qeyd ediblər ki, problem və təkliflərin Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacaq.

 

Gununsesi.info