“Həkim öldüyünü 1 həftə gizlədib” - Reyhan Müslümovanın bacısı

Mərhum müğənni Reyhan Müslümovanın bacısı İsmət “Elgizlə izlə” verilişində qonaq olub.

Gununsesi.info xəbər verir ki, o, bacısının vəfatından danışıb. O bildirib ki, həkim bacısının vəfatını bir həftə onlardan gizlədib:

“Əməliyyata bir ay əvvəl yazılmışdı. Pis yuxu görmüşdü, özünü qanın içində ölmüş halda görmüşdü. Əvvəl dedi, getməyəcəyəm, sonra fikrini dəyişdi. Həkimin axşam ad günü olub, səhər əməliyyata sərxoş halda gəlib. İşıqlar sönüb, güzgü sııb, hamı deyib girmə əməliyyata. Reyhan deyib, yox, edəcəyəm. Həkim əli əsə-əsə əməliyyat edib. Getdim ki, qanın içindədir. Bacım şəkər xəstəsi idi, qohumumuz həkim idi, məsləhət görmürdü. Reyhan da deyib, yox, qarın piyimi götüzdürməliyəm. Düz 11 kiloqram piy götürüblər.

Bacım ölüb, yalandan deyirlər, ayıldı, yaxşıdır. Belə ediblər ki, həkimi həbs etməsinlər. Yalandan bizə dərman aldırırlar, deyirlər, yaxşıdır. Bir həftə sonra açıqladılar ki, ölüb. Onu da qohumumuz gedib görüb. Həkim idi, içəri girməyə icazə veriblər. Baxıb, dedi ki, Reyhan ölüb, bunu niyə saxlamısınız burada.

Həyat yoldaşı Oqtay o, dünyasını dəyişəndən neçə il sonra evləndi. Bu yaxınlarda dünyasını dəyişib. İki övladı var, ailə qurublar”.

 

Gununsesi.info