Həkim saxta arayış istəyən müəllimə maraqlı cavab məktubu yazdı – FOTO

  • By admin
  • 02 Fevral 2018 22:05

Türkiyədə maraqlı hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, müəllim dərsə gəlmədiyi üçün tələbədən xəstə olması haqda arayış tələb edib.

Gənc öz müəlliminin tələbini həkimə çatdırdıqda isə maraqlı olay yaşanıb. Belə ki, həkim müəllimə cavab məktubu yazıb.

Gununsesi.info məktubda yazılanları təqdim edir:

“Hörmətli müəllim, tələbənizdən xəstə olması barədə arayış istəmisiniz. Xəstə olmayan adama arayış vermək saxtakarlıqdır. Bunu etmək əvəzinə yoxlamada tələbənin dərsdə olduğunu qeyd edin”.

Cavab məktubu tələbələr və tibb işçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Gununsesi.info