“Həkimlərin insanlara qarşı davranışını dəyişərdim” – 700 bal toplayan Nemət

  • By admin
  • 09 May 2017 18:20

 1494331582-9025

 

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 7 abituriyent 700 bal toplayıb.  Rekorda imza atan abituriyentlərdən biri də 287 nömrəli “Zəkalar” liseyinin 11-ci sinif şagirdi Nemət Yusifovdur.

Gununsesi.info xəbər verir ki, Nemət Yusifov “Virtualaz.org”un suallarını cavablandırıb:

– İmtahana necə hazırlaşırdınız?
– Xüsusi sistemim yox idi. Vaxtımdan səmərəli istifadə edərək hazırlaşırdım.

– Bəs əslində neçə bal gözləyirdiniz? 700 bal toplayacağınıza inanırdınızmı?
– Təbii ki, yüksək nəticə əldə edəcəyimə inanırdım, lakin 700 haqqında heç düşünməmişdim.

– May ayının sonunda keçiriləcək sınağa, yəqin ki, bilet almısınız. İştirak etməyi düşünürsünüz?
– Məncə, sınaqlara bu baldan sonra ehtiyac yoxdur.

– Bəs iyul ayında keçiriləcək ikinci imtahana gedəcəksiniz?
– İnsanda şans bir dəfə olur, nəticəmi korlamamaq üçün getməyəcəyəm.

– Sizcə, qəbul imtahanına hazırlaşmaq üçün yalnız məktəbdə qazanılan biliklər kifayət edir?
– Mümkünsüz heç nə yoxdur, amma repetitorsuz çox çətin olardı.

– Hansı ixtisasa yiyələnmək istəyirsiniz və nə üçün?
– Həkimlik, çünki bu işi bacaracağıma inanıram.

– Gələcəyin həkimi kimi, ölkənin səhiyyə sistemində hansı dəyişikliyi etmək istərdiniz?
– Yəqin ki, həkimlərin insanlara yanaşma tərzini dəyişərdim.

 

Gununsesi.info