Hələb yenidən bombalandı: xeyli sayda ölən var

  • Müəllif: admin
  • 24 Sentyabr 2016 13:38

heleb
Suriyanın Hələb şəhəri yenidən aviazərbələrə məruz qalıb.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hava hücumlarında 86 dinc sakin həyatını itirib, 200 nəfər isə yaralanıb.
Mülki müdafiə işlərini həyata keçirən Nəcip Ənsari bildirib ki, Suriya və Rusiyaya aid hərbi təyyarələr ölkənin şimalında bəzi yaşayış məntəqələrinə hava zərbələri endirib.
Məlumata görə, Suriya ordusu Haləbin şərqində silahlı qruplaşmalara qarşı quru əməliyyatlara hazırlıq görür.

Anar

Gununsesi.info