Hələbdə hücumlar zamanı 96 uşaq həyatını itirib, 223 uşaq isə yaralanıb - BMT

  • Müəllif: admin
  • 29 Sentyabr 2016 01:50

heleb

Suriyanın Hələb şəhərində vətəndaşların və səhiyyə təşkilatlarının hədəf alınması səbəbindən çoxlu sayda insan itkisi baş verir. Sentyabrın 23-dən bu günədək Hələbin şərq hissəsindəki hücumlarda ən azı 96 uşaq həyatını itirib, 223 uşaq isə yaralanıb.

Gununsesi.info Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu məlumat yayıb.

Məlumatda bölgədə təxminən 30 həkimin qaldığı, onların yaralıları müalicə edəcək dərman və avadanlığı olmadığı, çatışmazlıqlar səbəbindən uşaqların çarəsiz şəkildə ölümün ixtiyarına buraxıldığı qeyd edilib.

Gununsesi.info