Təyyarə qəzasında həlak olanlardan 7 nəfərin şəxsiyyəti müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb.
Həlak olanlar arasında ekipaj üzvləri – pilotlar İqor Kşnyakin və Kalyaninov Aleksand, həmçinin stüardessa Hökümə Əliyeva da var.
Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.












