Həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq

  • By admin
  • 25 Noyabr 2016 15:20

gunesli

2015-ci il  dekabrın 4-də “Günəşli” yatağındakı 10 və ”Neft Daşları”ndakı  501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda SOCAR prezidenti Rövnəq Abdullayevi göstəriş verib. Belə ki,  fədakar neftçilərin xatirəsinə ucaldılan bu abidə bir tarixi ənənənin davamıdır.

Qeyd edək ki, 1957-ci ildə şiddətli qasırğa Neft Daşlarında 21 neftçinin həyatına son qoymuşdu. Müstəqillik əldə ediləndən sonra –  1999-cu ildə həmin neftçilərin xatirəsinə Neft Daşlarında abidə ucaldılıb.

Xatırladaq ki, “Neft Daşları” hadisəsindən sonra Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ən böyük təbii fəlakət 2015-ci il dekabrın 4-dən 5-nə keçən gecədə baş verib. Dənizin şiddətinə qarşı qeyri-bərabər döyüşdə həlak olmuş neftçilərin  qəhrəmanlıq salnaməsini əbədiləşdirmək üçün qoyulacaq abidənin açılışı bu il fəlakətin ildönümündə planlaşdırılır.

Gülnaz Qənbərli

Gununsesi.info