“Həm İsraillə sıx münasibətlərə davam etməli, həm Fələstin probleminin həllində İslam aləminin yanında olmalıyıq” - POLİTOLOQ

  • By admin
  • 23 İyul 2017 13:56

elxan sahinoglu

“Azərbaycanın İsraillə strateji münasibətləri mövcuddur, biz bu ölkədən vacib olan modern silahlar alırıq, Ceyhan limanı üzərindən neft satırıq, üstəlik bu ölkənin TANAP layihəsinə qoşulması istəyi də bizim regional maraqlara cavab verir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, eyni zamanda, Bakıda Qüds problemi ilə bağlı beynəlxalq konfransa da ev sahibliyi edirik ki, gələn qonaqların tamamı İsrailin siyasətini sərt tənqid edir.

“Azərbaycan üçün hər ikisi vacibdir, həm İsraillə sıx münasibətlərə davam etməliyik, həm də Fələstin probleminin həllində İslam aləminin yanında olmalıyıq. Sadəcə, onu da unutmayaq ki, Qüdsün işğalını əlində bayraq edən İslam aləminin bir qrup dövləti Qarabağın işğalına tolerant yanaşaraq Ermənistanla sıx münasibətlərə malikdirlər. Qüds öz yerində, ancaq onlara daima Qarabağı da xatırlatmaq lazımdır, yoxsa İsraildən niyə silah alırdıq ki?”-deyə, politoloq sözlərinə əlavə edib.

Gununsesi.info