“Həmas” təşkilatının hərbi komandiri Nur Baraka öldürülüb

  • Müəllif: admin
  • 12 Noyabr 2018 20:26

Fələstinin “Həmas” təşkilatının hərbi komandiri Nur Baraka öldürülüb. 

“Gununsesi.org” xarici KİV-ə istinadən xəbər verir ki, “İzz ad-Din əl- Kassam” briqadasının rəhbəri İsrail xüsusi təyinatlılarının noyabrın 12-si Qəzza zolağında keçirdiyi əməliyyat zamanı qətlə yetirilib. Məlumata görə, Baraka ilə yanaşı 6 fələstinli hərbçi də dünyasını dəyişib.

Xatırladaq ki, sözügedən əməliyyat zamanı İsrail ordusu da polkovnik-leytenantını itirib.

Aysel Kərimova