“Həmin xəbərə görə hamı məni söyürdü, polisə verdim” -Video

Müğənni Nura Suri haqqında saxta bağlıqlarla xəbər yayan şəxsi polisə verib.”Həmin xəbərə görə hamı məni söyürdü, polisə verdim”
Gununsesi.info xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib.
“Polis şikayətimə baxdı. “Facebook”da bir səhifə və sayt mənim haqqımda yazılan xəbərə elə bir başlıq qoymuşdu ki, hamı da girib orada məni söyürdü. Düşünürəm ki, məqsədyönlü yazılmışdı. Çünki girib baxdım ki, bütün müğənnilərin haqqında xəbərlərə elə başlıq yazırlar. Polisdən zəng vurdular, məni çağırıblar gedib o adamla üzləşəcəyəm. Niyə belə bir addım atdığını və kim olduğunu biləcəyəm”.