Həmkarından Siyavuş Novruzova dəstək - “SİYASİ MÜBARİZƏDƏ QEYRİ-ƏXLAQİ HƏRƏKƏTLƏRİ PİSLƏYİRƏM"

  • By admin
  • 09 Mart 2018 17:36
Mühacir həyatı yaşayan Vidadi İsgəndərlinin son zamanlarda ölkə başçısı, onun ailəsi və yaxınlarına qarşı etik, milli-mənəvi dəyərləri kobud surətdə pozaraq   iftiralara atması və təhqir etməsi  Azərbaycan cəmiyyətində ciddi narazıçılağaə etiraza  səbəb olub. Vidadi İsgəndərlinin ölkə başçısı və onun ailəsi, YAP rəhbərliyi haqqında işlətdiyi təhqiramiz ifadələrlə bağlı  YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  Azərbaycan cəmiyyətinə və  siyasi partyal rəhbərlərinə müraciət edərək, siyasi mübarizədə milli-mənəvi dəyərlərə zidd olaraq “qurşaqdan aşağı” siysi mübarizə metodunun əleyhinə çıxaraq öz etirazını bildirib. O eyni zaman YAP  rəhbərliyinin indiyədək hansısa rəqibinə qarşı siyasi mübarizədə milli-mənəvi əxlaqi dəyərləri pozaraq təhqiramiz ifadələr işlədib-işlətməməsi barədə ölkədəki siyasi partiyalar liderlərinə müraciət ünvanlayıb.
S.Novruzovun müraciətinə və Vidadi İsgəndərlinin ölkə başçısı və onun yaxınları haqqında şərəf və ləyaqəti alçaldan ifadələr işlətməsi barədə Gununsesi.info-ya açıqlama verən deputat Sabir Hacıyev  bildirib ki, Azərbaycan dünyəvi və demokratik bir ölkə olduğundan hər bir vətəndaşın öz fikrini azad şəkildə ifadə etməsi onun konstitusion hüququdur: “Seçdiyi məsləkdən asılı olamayaraq istənilən Azərbaycan vətəndaşının öz fikrini azad  şəkildə ifadə etməsi konstitusiyada təsbit olunub və  onun bu hüququ  qorunur. Ona görə də hər bir şəxs  Azərbaycandakı ictimai-siyasi proseslərlə bağlı öz müsbət və tənqidi fikirləri sərbəst formada  ifadə edə bilər. Bu məsələdə hər hansı  məhdudiyyət yoxdur”. Siyasi qüvvələr  və partiyalar arasındakı mübarizəyə gəldikdə isə S. Hacıyev bildirib ki, siyasi mübarizə aparan qüvvələr bir-birinə rəqib olsa da,   siyasi mübarizə zamanı milli-mənəvi dəyərlərə söykənərək, qanun çərçivəsində mübarizə aparmalıdır. Kimsənin qarşı tərəfi  nəinki milli- mənəvi, etik qaydaları, eyni zamanda qanunları pozaraq  rəqibinin şərəf və ləyaqətini aşağılaması, onu təhqir etmək yol verilməzdir. Rəqibinə qarşı “qara piar” texnologiyalarından istifadə edərək şərəf və ləyaqəti aşağılanması bağışlanan hal deyil.   Rəqibin fəaliyyətini tənqid edə bilərsən. Kimsə hakimiyyətin fəaliyyətini,  onun yürütdüyü siyasəti qəbul etməyib tənqid edə bilər. Burada qəbahət heç nə yoxdur. Bir daha təkrar edirəm ki. Azərbaycan dünyəvi və demokratik cəmiyyətdir. Ölkəni idarə edən  hakimiyyətin səhvi ola bilər. Ancaq burada da qanun və etik  çərçivələr gözlənilməlidir”- deyə, deputat S. Hacıyev vurğulayıb.
Konkret olaraq  Vidadi İsgəndərlinin hərəkətlərinə gəldikdə isə S. Hacıyev deyib ki,  onun bu hərəkətləri nə milli-mənəvi dəyərlərə, nə qanunlara, nə də ki, insani bir hərəkətə sığır. “Bu şəxs  bütün “qırmızı xəttləri” aşaraq,  insana, xüsusən də kişiyə yaraşmayan formada ölkə başçısı və onun ailəsi haqqında iftira dolu, etik və milli-mənəvi dəyərlərdən uzaq ifadələr işlətməsi bir azərbaycanlı insanının xarakterinə uyğun olmayan hərəkət kimi dəyərləndirirəm. 25 ildən artıq müddətdə hakimiyyətdə olan YAP rəhbərliyi qanunlar çərçivəsində və siyasi texnologiyalara əsaslanaraq rəqiblərinə qarşı fəaliyyət göstərib. Uzun müddət siyasi  səhnədə olan bir şəxs kimi  mən, YAP rəhbərlərinin rəqiblərinə qarşı hər hansı təhqiramiz və aşağılayıcı ifadələrin şahidi olmadım. YAP öz rəqiblərinə qarşı mübarizə də qanunun aliliyini və etik qaydalara riayət edərək fəaliyyət göstərib. O baxımdan bu gün ölkədən qaçıb xarici ölkələrdə mühacir həyatı yaşayan  və adını “hüquq müdafiəçisi” qoyan bir şəxsin Azərbaycanı idarə edən şəxslərin şərəf və ləyaqətini aşağılayan, onların nüfuzuna xələl gətirən hərəkətlərini qətiyyətlə pisləyirəm və bunu yol verilməz hal hesab edirəm. Çünki şərəf və ləyaqət hər bi insanın özəl hüqudur və onun pozulmasına heç bir halda yol vermək olmaz. Özünü demokrat, hüquq müdafiəçisi hesab edən şəxsin digər bir şəxsin şərəf və ləyaqətini açaldıcı hərəkət edirsə,  bunu demokratiya uğrunda siyasi mübarizə adlandıra bilmərik”- deyə, S. Hacıyev bildirib.
S. Hacıyev onu da bildirib ki, hansısa səbəblərdən son illərdə siyasi proseslərə  qoşulanlar siyasi mübarizəni qeyri-əxlaqi müstəvidə aparırlar: “Bu onların siyasi mədəniyyətinin və səviyyəsinin aşağı olmasının göstəricisi kimi qiymətləndirirəm.  Bu cür mübarizə yolu seçib mübarizə aparanları isə qətiyyətlə pisləyirəm”.
Mürtəza
Gununsesi.info