Həmsədrlər növbəti “turizm”səfəri olacaq

  • By admin
  • 12 İyul 2016 10:30

sedr

 

Həmsədrlər yaxın zamanlarda bölgəyə səfər edəcəklər. ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən münaqişə zonasına səfər etməyi planlaşdırılır. Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələlik bəlli deyil: “Hazırda səfər tarixinin dəqiqləşdirilməsi üzərində iş gedir”. Diplomat deyib ki, səfəri digər həmsədrlərin iş qrafikinə uyğunlaşdırmağa çalışırıq.

Qeyd edək ki, həmsədrlərin regiona sonuncu səfəri aprelin 5-də olub.

 

Gununsesi.info